Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2020 20:20
Bakı. Trend:
Ağ Ev yeni növ koronavirus (Covid-19) infeksiyası səbəbi ilə əraziyə daxil olan bütün jurnalistlərə hər gün virus testi aparılacağını açıqlayıb.
Trend-in məlumatına görə, Prezident Donald Tramp və Prezidentin köməkçisi Mayk Penceyə yaxın işləyən adamlarda Covid-19 təsbit edilməsindən sonra bu qərara gəlinib.
İnfeksiyanın ilk dönəmlərində jurnalistlərin sayını məhdudlaşdıran Ağ Ev bu gün aldığı qərarla əraziyə gələn bütün jurnalistlərin testdən keçəcəyini bəyan edib.
Ağ Ev sözçüsünün müavini Cudd Diri açıqlamasında "Ağ Evin ərazisindəki hər kəsin sağlamlığı üçün buraya gələn jurnalistləri günlük olaraq test etməyi düşünürük" ifadesini işlədib.