Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kosmik gəmiyə bənzər yığcam ev

Kosmik gəmiyə bənzər yığcam ev

Tarix: 12 May 2020 22:40

Sinqapurun Nestron adlı şirkəti "Cube 2" olaraq adlandırdığı Tiny House (Yığcam Ev) hazırladı. "Cube 2" sahib olduğu texnoloji xüsusiyyətləri və quruluşu ilə geniş diqqət çəkir.

Son vaxtlarda xüsusilə də internet mühitində danışılan yeni bir trend var. "Tiny House" (Yığcam Ev) olaraq adlandırılan bu trend, şəhərlərin kütləsindən və qarışıqlığından kənarda, insanların istəyərlərsə hərəkətli, istəyərlərsə də sabit bir platforma üzərinə qurduqları kiçik evlərdə həyatlarını davam etdirmələrini ehtiva edir. Hər keçən gün bir az daha məşhurlaşmağa başlayan Yığcam Evlər, çox vaxt bənzərsiz təcrübələr təqdim edirlər.

Kiçik bir internet axtarışı etdikdə, onlar tərəfindən növdə Yığcam Ev modelləri olduğunu görə bilərsiniz. Bəzi modellərin təkərləri var və insanlar, vasitələrinin arxasına bağladıqları evlərini istədikləri yerə apara bilər. Bəzi modellərdə isə daşınma imkanı yoxdur və stasionar xarakter daşıyır. Bu evlər, kiçik olmalarına baxmayaraq istehlakçılara təqdim etdikləri həyat sahələri ilə ön plana çıxır.

"Cube 2" olaraq adlandırılan və əvvəlcədən sifariş etməklə istehlakçılara təqdim edilməyə başlanan bu model, ümumi dizaynı və ehtiva etdiyi texnoloji xüsusiyyətləri ilə insanları heyran edir.

"Cube 2", daşına bilən formada yaradılmış bir Yığcam Evdir. Təxminən 25 kvadrat metr böyüklüyündə bir həyat sahəsi təqdim edən bu Yığcam Ev, bu günə qədər öyrəşdiyimiz modellərdən çox daha fərqli bir dizayna sahibdir. "Cube 2" modelinin istehlakçılara təqdim etdiyi ən əhəmiyyətli xüsusiyyət isə, süni intellekti dəstəkləyən assistentə malik olmasıdır.

Dəmir-beton bir evdə ehtiyac duyacağınız bütün həyat sahələrinə sahib olan "Cube 2", içərisində mətbəx, duş, oturma və yataq otağı kimi bütün ehtiyacları ödəyə biləcək formada yaradılıb. Müasir quruluşu ilə bu Yığcam Ev, 4 nəfərlik bir ailəyə çatacaq qədər bir həyat sahəsi təqdim edir.


Etiketlər:  Kosmik gəmiyə bənzər yığcam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ