Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Formula 1 Azərbaycan Qran prisinin tarixi ilə bağlı müzakirələr aparılır

Formula 1 Azərbaycan Qran prisinin tarixi ilə bağlı müzakirələr aparılır

Tarix: 13 May 2020 14:18

2020-ci ildə Formula 1 Azərbaycan Qran prisinin keçiriləcəyi tarix hələki müəyyənləşdirilməyib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

Bildirilib ki, Formula 1 şirkəti çempionatın 2020-ci il üçün yeni təqvimini hələ elan etməyib.

Bu istiqamətdə BŞH ilə Formula 1 şirkəti arasında daim təmaslar davam etdirilir. Yarışın tarixi müəyyən olunan kimi bu barədə ictimaiyyətə məlumat veriləcək.

Həmçinin qeyd olunub ki, hazırda yarışla bağlı Bakı şəhərində hər hansı tikinti işi aparılmır. Yarışın tarixi müəyyən olunduqdan sonra tikinti işlərinə başlanması mümkündür.

Qeyd edək ki, Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran Prisinin 5-7 iyun tarixlərində keçirilməsi planlaşdırılırdı. Koronavirus pandemiyası səbəbindən yarış təxirə salınıb.

Milli.Az


Etiketlər:  Formula 1 Azərbaycan Qran prisinin tarixi ilə bağlı müzakirələr aparılır


RƏYLƏR