Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 14:30
Karantində bir gün də boş dayanmadım. Hər gün işləyirəm. Şeirlər oxuyuram, axtarışdayam. Sonra onları özümünküləşdirdim. Sonra da uşağımın dərsləri ilə məşğul oldum.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, Xalq artisti Məleykə Əsədova "Ona qalsa" verilişində deyib. Aktrisa karantin günlərindən bəhs edib.
Əsədova daha sonra qızı Gülərdən danışıb. O bildirib ki, övladını sosial şəbəkədən istifadə etməyə qoymur:
"Qızımı çox oxutdururam. Onun var-dövləti savad olacaq. İndi yorulur, məndən inciyir, amma bilirəm sonra mənə "sağ ol" deyəcək. Deyirəm, nə istəyirsən edirəm, amma oxu. Dövlət imtahanı verməli idi. Onu xaricdə təhsil almağa qoya bilmərəm, çünki özüm gedə bilmirəm.
21-ci əsrin xanımıyam. Amma internet zəmanəsinə gəlmişik. Hər şey telefon və internetdir. Mən də bunun əksinəyəm. Bu, insanlar arasında ünsiyyətsizlik, soyuqluq yaratdı. Əsəbləşirəm, qızımın bütün günü əlində yelefon və iPad var. Axı, onun gözünə, canına zərərdir. Canı sağlam olmur. Bütün günü beyni oradadır.
Qızıma qəti sosial şəbəkə icazə vermirəm: İnstaqram, Facebook qəti ola bilməz. Orada yazılar çıxır, istəmirəm bilsin. Böyüyəndə istifadə edər. Hətta İnstaqramda qoyulan çox məlumatları özüm də oxumuram. İstəmirəm beynimi korlayım.
Gülərin dünyaya baxışı başqa cürdür. Böyük danışmayım, bilmək olmaz sabah nə olacaq. Amma tək arzum odur ki, bütün övladlar xeyirli olsun".
Əsədova aparıcı Nazilə Səfərlinin "Qızınızı istismar edirsiz" sözlərinə "Yox. Gələcəkdə mənə "sağ ol" deyəcək. İndi mən ona var-dövlət verirəm. Qızımın bütün istəkləri həyata keçir. O da mənim bu istəyimi gerçəkləşdirsin" cavabını verib.