Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2019 14:00
"Fənərbaxça" növbəti mövsüm üçün heyətini 3 futbolçu ilə güclənirməyi planlaşdırır.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul klubunun komandada görmək istədiyi oyunçuların 3-ü də serbiyalıdır. "Sarı-lacivərtlər" "Fulhem"in hücumçusu Aleksandar Mitroviçi icarəyə götürmək, "Roma"nın müdafiəçisi Aleksandr Kolarov və "Benfika"nın yarımmüdafiəçisi Lubomir Feysanı isə almaq niyyətindədir.
Qeyd edək ki, "Fənərbaxça" geridə qalan mövsüm Türkiyə Superliqasını 46 xalla 6-cı pillədə bitirib.