Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 07:56
Bakı. Trend:
Amerikalı sahibkar və "Amazon" şirkətinin rəhbəri Cef Bezos bir neçə ildən sonra dünyanın ilk trilyonçusu ola bilər.
Trend-in "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, C.Bezos hazırda "Forbes"a görə dünyanın ən varlı insanı sayılır.
"Comparisun" kiçik biznes üçün məsləhət xidmətinin mütəxəssisləri əmindirlər ki, C.Bezosun var-dövləti 2026-cı ildə bir trilyon dollara çatacaq. Amerikalı sahibkardan sonra çinli developer Süy Tszyain ikinci trilyonçu ola bilər.
Hazırda C.Bezosun var-dövləti 143 milyard dollar səviyyəsində qiymətləndirilir. 2020-ci ildə C.Bezos 24 milyard dollar qazanc əldə edib.