Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 09:08
2020-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana polad ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5,89 faiz azalaraq 29,041 milyon dollar təşkil edib.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Aprel ayında Türkiyədən Azərbaycana polad ixracı ötən ilin apreli ilə müqayisədə 11,64 faiz azalıb və 6,967 milyon dollar təşkil edib
Hesabat dövründə Türkiyənin polad ixracı 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə 18,1 faiz azalıb və 4,04 milyard dollara bərabər olub.
2020-ci ilin yanvar-aprel aylarında polad ixracı Türkiyənin ümumi ixracının 7,8 faizini təşkil edib.
Qeyd edək ki, son 12 ay ərzində (aprel 2019 - aprel 2020) Türkiyənin polad ixracı 12,937 milyard dollara bərabər olub.