Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Naxçıvan Qarnizonu Qoşunlarında təlim-metodiki toplantı keçirilib - VİDEO - FOTO

Naxçıvan Qarnizonu Qoşunlarında təlim-metodiki toplantı keçirilib - VİDEO - FOTO

Tarix: 15 May 2020 13:36

"Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı"na əsasən bölük, batareya komandirləri və müavinləri təlim-metodiki toplantıya cəlb ediliblər.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələrində məşğələlərin vahid metodika üzrə keçirilməsinə nail olmaq üçün təşkil olunan toplantıda zabitlərə taktiki sıra üsulu ilə vacib fənlərdən məşğələlər keçirilib.

Zabitlər döyüş sahəsində bölmələrin, şəxsi heyətin və atəşin idarə edilməsi üzrə göstərici və nümunəvi təlimlərin vacib epizodlarını izləyiblər.

Təlimlər zamanı döyüş sahəsində şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə saxlanılmasında komandirlərin roluna xüsusi diqqət yetirilib.

Milli.Az


Etiketlər:  Naxçıvan Qarnizonu Qoşunlarında təlim metodiki toplantı keçirilib VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ