Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

600 mindən çox istifadəçi ölkənin ən reytinqli virtual müştəri xidməti aləti olan “Mənim Bakcellim”i seçir

600 mindən çox istifadəçi ölkənin ən reytinqli virtual müştəri xidməti aləti olan “Mənim Bakcellim”i seçir

Tarix: 15 May 2020 16:00

Bakı. Trend:

600 mindən çox aktiv istifadəçisi olan “Mənim Bakcellim” ölkənin mobil operatorları tərəfindən təqdim olunan tətbiqetmələr arasında ən çox seçilən proqramdır.

Bu aplikasiya 600 min dəfədən çox yüklənilməklə Azərbaycanın telekom tətbiqetmələri arasında ən yüksək reytinqi qazanıb. Bundan əlavə, “Mənim Bakcellim” ümumi reytinqlərdə də yüksək nəticə göstərərək Azərbaycanın ən populyar pulsuz tətbiqetmələri sırasında yer alıb. Həmçinin, istifadəçilərin 83 faizi bu tətbiqetməyə 5+ reytinqini verib.

Abunəçiləri ən üstün müştəri təcrübəsi ilə təmin etmək məqsədilə iki il bundan əvvəl istifadəyə verilmiş bu virtual müştəri xidmətləri aləti məlumat mərkəzinə zəng etmədən və xidmət mərkəzinə getmədən mobil nömrə ilə istənilən əməliyyatı həyata keçirmək üçün çox rahat və sadə üsuldur. “Mənim Bakcellim”dən tamamilə pulsuz istifadə edən abunəçilər eyni zamanda balans, aktiv bonuslar, istifadə etdikləri xidmət və ya məhsulun qüvvədən düşmə tarixi, balansda qalan meqabaytlar və nömrə barədə digər məlumatları asanlıqla əldə edə bilirlər. Bundan əlavə, “Mənim Bakcellim” istifadəçiləri zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti və sərf olunmuş məbləğlər daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət edirlər. Həmçinin, Bakcell xidmətlərinə aid suallara tez bir zamanda cavab almaq üçün onlayn çat funksiyası vasitəsilə Bakcell əməkdaşları ilə əlaqə saxlamaq mümkündür.

“Bakcell öz abunəçilərini ən üstün müştəri təcrübəsi ilə təmin etmək üçün böyük işlər görür. Biz “Mənim Bakcellim”i bazarda ən seçilən və ən yüksək reytinqlərə malik olan aplikasiya kimi görməkdən çox məmnunuq. “Ookla” tərəfindən dəfələrlə ən üstün və ən sürətli mobil şəbəkə olaraq tanınan Bakcell şəbəkəsi vasitəsilə abunəçilərimizə yüksək keyfiyyətli xidmət göstərmək üçün əlimizdən gələni etməyə davam edəcəyik”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Rainer Ratgeber bildirib.

“Mənim Bakcellim” mobil tətbiqetməsini Android və iOS sistemləri ilə çalışan cihazlar üçün “Google Play” və “Appstore” portallarından pulsuz yükləmək olar. Qeyd edək ki, qeydiyyatdan keçəndən sonra abunəçilər kompüter və planşet kimi cihazlarda “Mənim Bakcellim” proqramının “desktop” versiyasından yararlana bilərlər.

Daha ətraflı məlumat və proqramı yükləmək üçün linklər https://www.bakcell.com/az/my-bakcell səhifəsində yerləşdirilib.

600 mindən çox istifadəçi ölkənin ən reytinqli virtual müştəri xidməti aləti olan “Mənim Bakcellim”i seçir - Gallery Image 600 mindən çox istifadəçi ölkənin ən reytinqli virtual müştəri xidməti aləti olan “Mənim Bakcellim”i seçir - Gallery Image


Etiketlər:  mindən çox istifadəçi ölkənin reytinqli virtual müştəri xidməti aləti olan Mənim Bakcellimi seçir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ