Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2019 17:00
“Qarabağ” yarımmüdafiəçisi Miçel Madeyra ilə müqavilənin müddətini uzadıb.
Qol.az-ın xəbərinə görə, bu haqda klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb. Bu yay başa çatan müqavilənin müddəti daha 2 il – 2021-ci ilin iyununa kimi uzadılıb.
Xatırladaq ki, Miçel 2015-ci ildən “Qarabağ”da çıxış edir.
Əlavə edək ki, "Qarabağ"ın bu ispan futbolçu ilə 2 illik yeni müqavilə imzalayacağına dair Qol.az hələ ötən ay xəbər yaymışdı.