Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliya A Seriyasının 9 klubu məşqlərin bərpasından imtina etdi

İtaliya A Seriyasının 9 klubu məşqlərin bərpasından imtina etdi

Tarix: 15 May 2020 16:50

İtaliyanın A seriyasının 9 klubu məşqlərin mayın 18-də bərpa olunmasından imtina edib.

Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, buna klubların liqanın tətbiq edəcəyi tibbi prosedurlardan narazılığı səbəb olub. 

Məlumata görə, "Milan", "İnter", "Napoli", "Fiorentina", "Kalyari", "Atalanta", "Verona", "Sampdoriya" və "Cenoa" tibbi protokolda yer alan şərtlərdən narazıdır. Belə ki, qoyulan şərtə əsasən əgər klubun bir futbolçu və ya əməkdaşında koronavirus aşkarlanarsa. bütün komanda 15 günlük karantinə yollanmalıdır.

İtaliya klubları məşq prosesinin Bundesliqa nümunəsi ilə bərpa olunmasını istəyir. Almaniyada yalnız koronavirusa yoluxan karantinə yollanır, digərləri isə müvafiq testdən keçir.


Etiketlər:  İtaliya Seriyasının klubu məşqlərin bərpasından imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ