Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 17:51
Bakı. İlhamə İsabalayeva – Trend:
Koronavirusa lokal yoluxma hallarının əksəriyyəti müəssisələrdə qeydə alınıb.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, koronavirusa lokal yoluxma hallarının əksəriyyəti müəssisələrdə qeydə alınıb: “Bəzi müəssisələr cağırışlara məhəl qoymayıblar, ona görə də kütləvi yoluxma halları aşkarlanıb. Təkcə “Bakı Tikiş Evi”ndə 64 nəfər yoluxub. Onlar hazırda müalicə edilirlər. “Baku Still Company”də 48 yeni yoluxma faktı aşkarlanıb.