Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranın OPEK-dəki nümayəndəsi 68 yaşında vəfat edib

İranın OPEK-dəki nümayəndəsi 68 yaşında vəfat edib

Tarix: 16 May 2020 05:04

Bakı. Trend:

İranın Neft İxrac Edən Ölkələr Təşkilatındakı (OPEC) nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili 68 yaşinda dünyasını dəyişib.

Trend-in İRNA-ya istinadən verdiyi məlumata görə, Hüseyn Kazımpur Ərdəbili may ayının əvvəlində beyinə qan sızması səbəbiylə komaya düşüb.

H.K.Ərdəbili 1980-ci illərdə xarici işlər nazirinin müavini, eyni zamanda neft nazirinin müavini vəzifələrini tutub. 1990-1995-ci illərdə İranın Yaponiyadakı səfiri olub, bundan sonra İranın OPEK-dəki nümayəndəsi təyin edilib.

Allah rəhmət etsin!


Etiketlər:  İranın OPEK dəki nümayəndəsi yaşında vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ