Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniyada son sutkada koronavirusa 620 nəfər yoluxub

Almaniyada son sutkada koronavirusa 620 nəfər yoluxub

Tarix: 16 May 2020 08:16

Bakı. Trend:

Almaniyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 173 772-ə yüksəlib, sağalanların sayı 152,6 mini keçib.

Trend-in məlumata görə, bu barədə Robert Koh institutundan xəbər verilib.

Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 7 881 nəfərə çatıb. Sutka ərzində COVİD-19 virusuna yoluxanların sayı 620, dünyasını dəyişənlərin sayı isə 52 nəfər təşkil edib.

Ən çox yoluxma halları ölkənin Bavariya - 45 340 nəfər, Şimali Vestfaliyada - 36 065 nəfər və 33 893 nəfərlə Baden-Vürtenburq regionlarında qeydə alınıb. Berlində bu göstərici 6 428 nəfər təşkil edir.


Etiketlər:  Almaniyada son sutkada koronavirusa 620 nəfər yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ