Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədən Azərbaycana sement ixracı artıb

Türkiyədən Azərbaycana sement ixracı artıb

Tarix: 16 May 2020 09:08

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6,38 faiz artaraq 10,982 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Aprel ayında Türkiyə Azərbaycana 2,722 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin apreli ilə müqayisədə 13,4 faiz azdır.

2020-ci ilin yanvar-aprel aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə eyni səviyyədə qalaraq 1,146 milyard dollara bərabər olub.

Hesabat dövründə Türkiyənin sement ixracı ümumi ixracın 2,2 faizini təşkil edib.

Son 12 ay ərzində (aprel 2019-cu il – aprel 2020-ci il) Türkiyə 3,515 milyard dollar məbləğində sement ixrac edib.


Etiketlər:  Türkiyədən Azərbaycana sement ixracı artıb


RƏYLƏR