Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda general həbs edildi

Azərbaycanda general həbs edildi

Tarix: 16 May 2020 09:42

Bu gün Bakı Hərbi Məhkəməsində Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-leytenant Əfqan Nağıyev və onunla birgə saxlanılan digər vəzifəli şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, məhkəmənin qərarı istintaq orqanının təqdimatı təmin edilib və təqsirləndirilən şəxslərin hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, mayın 13-də Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini, general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.


Etiketlər:  Azərbaycanda general həbs edildi


RƏYLƏR