Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rafiq Manaflı da Milli Şuradan GETDİ

Rafiq Manaflı da Milli Şuradan GETDİ

Tarix: 16 May 2020 13:45

Milli Şuranın üzvü Rafiq Manaflı şuradan istefa verib.

Sonxeber.net bildiirr ki, Rafiq Manaflı bu barədə sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, aciz, amma qışqırıqlı siyasətçi həm də Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədridir. 1995-ci ilədək AXCP üzvü olub, sonra partiyasını, əqidəsini və sahibini dəyişib. 2012-ci ildən bəri "Milli Şura"nın Koordinasiya Şurasının üzvü idi.

Müxalifət düşərgəsində Şarikovun tipik avatarıdır. Və məhz o, qalmaqallı videokonfransda tamamən absurd, aqressiv ifadələr işlədib.

Yerli müxalifət çayxanasının "Mata Xari"si Gültəkin Hacıyevanın bloqer İsmayıl Cəlilov barədə dediklərinə dəstək verən R.Manaflı söyləyib: "Gültəkin xanım, çox üzr istəyirəm, kişi q..bəsindən başqa nə gözləyirsiniz ki?! Mən çox təəssüf edirəm ki, 1941-1945-ci illərdə Hitler bu geylləri qırıb qurtarmadı e..."

Yəni R.Manaflı aşkar şəkildə bəyan edib ki, o, nəinki aqressiv homofobdur, həm də İ.Cəlilovun məhv edilməsinin əleyhinə deyil: səbəb İ.Cəlilovun özünün də etiraf etdiyi kimi, qeyri-ənənəvi cinsi mənsubiyyətli olmasıdır.


Etiketlər:  Rafiq Manaflı Milli Şuradan GETDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ