Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həm arıqladır, həm də orqanizmi cavanlaşdırır

Həm arıqladır, həm də orqanizmi cavanlaşdırır

Tarix: 17 May 2020 15:27

Pəhriz saxlayarkən həm də orqanizmin gücünü itirməməsinə diqqət etmək lazımdır. İmmunitet düşməsi bir çox infeksiyaların yaranmasına səbəb ola bilər.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, pərhiz zamanı ən çox məsləhət görülən qidalardan biri də badamdır.

1. Ürəyin dostudur - aparılan araşdırmalar sübut edib ki, ara yeməklərdə badamla birlikdə digər çərəzləri yemək ürək xəstəliyindən ölmə riskini azaldır.
 
2. Arıqlamağı asanlaşdırır - badam zəngin və aşağı kalorili pəhriz elementidir. Aşağı kalorili yüksək karbohidratlı pəhriz tətbiq edənlərin 62 faizi çəki itkisinə nail olub.
 
3. Enerji verir - badam riboflavin (B2 vitamini) ehtiva edir və B2 vitamini enerji istehsalını dəstəkləyir. Ehtiyacınız olan enerjini almaq üçün badam ehtiva edən sağlam yeməklər yeyin.
 
4. Kaliumla zəngindir - bu mineral ürək əzələlərinin sıxılmasını təmin etdiyi üçün ürək döyüntüsü baxımından həyati əhəmiyyət daşıyar. Kalium qəbul edən insanların sistolik (ən əhəmiyyətli) qan təzyiqi təxminən səkkiz dərəcə azalıb.
 
5. E vitamini ehtiva edir - E vitamini bədəni sağlam hüceyrələrə zərər verən sərbəst radikalların yaratdığı ziyanlardan qoruyar.

Milli.Az


Etiketlər:  Həm arıqladır həm orqanizmi cavanlaşdırır


RƏYLƏR