Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

La Liqanın qayıdış planı – Hər gün bir oyun

La Liqanın qayıdış planı – Hər gün bir oyun

Tarix: 17 May 2020 16:28

Koronavirus pandemiyasına görə dayandırılan La Liqanın iyun ayında bərpası ehtimal edilir.

Qol.az “AS” nəşrinə istinadən yazır ki, İspaniya Futbol Federasiyası gələcək təqvimlə bağlı klublarla razılığa gəlib. Yeni təqvimə əsasən, hər bir komandaya ən azı 72 saatlıq istirahət verilməklə çempionatda hər gün bir matç oynanılacaq. Yayda havaların qızmar keçməsi səbəbindən oyunların yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə 22.00), daha isti yerlərdə isə 23.00-da (Bakı vaxtı ilə 01.00) başlanması planlaşdırılır. Matçlar azarkeşsiz keçiriləcək.

Hər klubun həftədə iki oyun keçirməsi ilə La Liqanın iyulun 29-da başa vurulması nəzərdə tutulur. Beləliklə, Avropa kuboklarında mübarizəni davam etdirən ispan klubları avqustda bu yarışlarda da oyun keçirə biləcəklər.

Qeyd edək ki, La Liqa mart ayında, 27-ci turdan sonra dayandırılıb. Çempionatı tamamlamaq üçün bundan sonra 11 tur oynamaq lazımdır.

Hələlik yarışın hansı tarixdə bərpa olunacağı barədə rəsmi qərar verilməyib.

 


Etiketlər:  Liqanın qayıdış planı Hər gün oyun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ