Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2020 22:16
"Moody's" beynəlxalq reytinq agentliyi bu il ABŞ iqtisadiyyatının 5,7%, təkcə cari ilin II rübündə isə 4,8% azalacağını proqnozlaşdırır.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, 2021-ci ildə ABŞ iqtisadiyyatı bərpa olacaq və ÜDM-in artım tempi 4,5% səviyyəsinə yüksələcək.
Agentlik qeyd edir ki, COVID-19 pandemiyası səbəbindən ABŞ iqtisadiyyatının əsas sektorları bağlı qaldığı və işdən azadolma faktlarının sayının kəskin çoxaldığı üçün bu rübdə işsizlik səviyyəsinin 2020-ci ildə pik həddə - 15%-ə çatacağı gözlənilir.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında ABŞ iqtisadiyyatı illik müqayisədə 4,8% azalıb.