Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2020 23:16
Bu ilin I rübündə Türkiyənin "Arçelik" şirkətinin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 13,4% artaraq 255,7 milyon lirəyə (təxminən 35,7 milyon ABŞ dolları) yüksəlib.
Bu barədə şirkətin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) açıqladıği hesabatda bildirilib.
Məlumata görə, eyni dövrdə şirkətin satış gəlirləri 12,5% artaraq 7,8 milyard lirəyə (təxminən 1,1 milyard ABŞ dolları) çatıb.
Şirkətdən bildirib ki, koronavirus pandemiyası səbəbi ilə fəaliyyət göstərdiyimiz ölkələrdə tədarük, istehsal və satış proseslərində bəzi problemlər yaşana bilər. Belə ki, fevralda açıqladımız illik proqnozlarımız da qüvvəsini itirib.