Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstandakı azərbaycanlı şagirdlər üçün məntiqlə bağlı onlayn tədris bərpa olunub (FOTO)

Gürcüstandakı azərbaycanlı şagirdlər üçün məntiqlə bağlı onlayn tədris bərpa olunub (FOTO)

Tarix: 18 May 2020 14:36

Bakı. Trend:

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) ilə təşkil edilən videokonfransda məlumat verilib. Konfrans “COVID-19 pandemiyası ilə əlaqədar yaranan çətinliklər, həll yolları və gələcək perspektivlər” mövzusunda keçirilib.

Komitədən Trend-ə bildirilib ki, virtual tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Anar Rəsulov, GAİM-in icraçı direktoru Aygül İsayeva, GAİM-in idarə heyətinin sədri və layihə koordinatoru Murad Muradov, mərkəzin Azərbaycan dili və ədəbiyyatı müəllimi Fatma Əliyeva, gürcü dili və ədəbiyyatı müəllimi Leyla Babayeva, məntiq və riyaziyyat müəllimi Musa Ömərov, ingilis dili müəllimi Məhəmməd Aslanov, tarix müəllimi Nərgiz Nəbiyeva, məktəbəqədər hazırlıq üzrə müəllim Hafizə Qasımova iştirak ediblər.

Müzakirələr zamanı Gürcüstandakı mövcud durum, təhsil və tədrisdə yaranan problemlər, onlayn tədris imkanları barədə fikir mübadiləsi aparılıb. Fövqəladə vəziyyətin bitməsindən və karantin rejiminin aradan qaldırılmasından sonra GAİM-də sosial məsafə qaydasına əməl olunmaqla tədrisin bərpa olunmasının vacibliyi vurğulanıb. Ali məktəblərə qəbul imtahanlarına hazırlaşan abituriyentlərə dəstək məqsədilə məntiq fənnindən onlayn tədrisinin bərpa olunduğu bildirilib.

Xatırladaq ki, GAİM 2019-cu il aprelin 3-dən Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gürcüstanın Marneuli rayonunda fəaliyyətə başlayıb. Ötən il mərkəzin 16 dinləyicisi "1+4" proqramı üzrə Gürcüstanın ali məktəblərinə qəbul olunublar.

Gürcüstandakı azərbaycanlı şagirdlər üçün məntiqlə bağlı onlayn tədris bərpa olunub (FOTO) - Gallery Image Gürcüstandakı azərbaycanlı şagirdlər üçün məntiqlə bağlı onlayn tədris bərpa olunub (FOTO) - Gallery Image


Etiketlər:  Gürcüstandakı azərbaycanlı şagirdlər üçün məntiqlə bağlı onlayn tədris bərpa olunub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ