Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 15:21
Bakı. Samir Əli - Trend:
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Aygün Qəniyevanın idarə etdiyi “Jeep Cherokee” markalı avtomobil yolu keçən orta yaşlı kişini vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.