Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' adını dünyaya tanıtdırmaq istəyirdik'' - Dino Ndlovu

''Qarabağ'' adını dünyaya tanıtdırmaq istəyirdik'' - Dino Ndlovu

Tarix: 18 May 2020 16:04

Çinin "Hançjou Qrintaun" klubunda çıxış edən Dino Ndlovu "Qarabağ"da oynayarkən Çempionlar Liqasının pley-off mərhələsində Danirmarkada "Kopenhagen"ə qalib gəldikləri oyundan danışıb.

Sonxeber.net sportal.az-a istinadla xəbər verir ki, 30 yaşlı cənubi afrikalı hücumçu vurduğu tarixi qol barədə danışıb:

"Ağdamın "Qarabağ" klubunu dünyaya tanıtdırmaq istəyirdik. İlk hissə bizim bir komanda olaraq ən pis oyunumuz idi. Baş məşqçimiz dedi ki, "Kopenhagen" 2-ci hissəni hücumda keçirəcək və bizim 1-2 fürsətimiz olacaq. İkinci hissənin startından 6 dəqiqə sonra qol vurdum".

"Qarabağ" 2017-ci ildə Çempionlar Liqasının pley-off mərhələsində "Kopenhagen"i mübarizədən kənarlaşdırmaqla turnirin qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.


Etiketlər:  Qarabağ adını dünyaya tanıtdırmaq istəyirdik Dino Ndlovu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ