Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Süni intellekt üçün qrafik prosessor təqdim edilib

Süni intellekt üçün qrafik prosessor təqdim edilib

Tarix: 19 May 2020 09:36

“Nvidia” elmi hesablamalar, “bulud” qrafikası və böyük həcmli məlumatların emalı üçün hazırlanmış “Ampere” arxitekturalı yeni qrafik prosessorunu təqdim edib. Şirkətin direktoru Censen Huanqın sözlərinə görə, “A100” qrafik prosessoru bahalı analoqlarla müqayisədə tapşırıqları daha səmərəli yerinə yetirəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, “Nvidia” şirkətinin məlumat mərkəzləri üçün yeni məhsulu koronavirus pandemiyasının qızğın çağında təqdim edilib.

 

"Bu, məlumat mərkəzləri üçün ən yaxşı qrafik prosessorumuzdur və o, təxminən 10 illik təcrübəmizi özündə cəmləşdirib" – şirkətin direktoru mətbuat konfransı zamanı deyib. “A100” qrafik prosessoru tranzistorların sayına (54 milyarddan çox) görə dünyada 7-ci yeri tutur. Huanqın sözlərinə görə, bu göstərici hazırda yarımkeçiricilərdə nəzəri cəhətdən son həddir.

 

Belə məhsuldarlıq ən yeni videooyunlar üçün deyil, süni intellekt sistemləri üçün nəzərdə tutulub. Yeni “DGX A100 AI” stansiyasında 8 belə prosessor 1-də birləşdiriləcək. Sistemin məhsuldarlığı 5 petaflops təşkil edəcək, həmçinin o, 12,4 Tbit/s ötürmə qabiliyyətinə malik 320 QB videoyaddaşla təchiz ediləcək.

 

Şirkətin məlumatına görə, artıq “DGX A100” stansiyasının kütləvi istehsalına başlanılıb. İlk sifarişçi olan ABŞ-ın Arqon Milli Laboratoriyası bu sistemin köməyi ilə koronavirus tədqiqatını keçirməyə hazırlaşır.

 

Hesablama stansiyasının başlanğıc qiyməti 199 min dollardır.

 

Emil Hüseynov




Etiketlər:  Süni intellekt üçün qrafik prosessor təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ