Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Azərbaycan Prezidentinin COVİD-19-la mübarizə istiqamətində atdığı addımlar nümunə kimi göstərilir"

Tarix: 19 May 2020 15:12

"CİSCO ilə Azərbaycan tərəfi arasında əməkdaşlıq öz intensivliyi ilə seçilir. Sonuncu dəfə 2019-cu ilin dekabr ayında şirkət rəhbərliyi ilə Azərbaycan Prezidenti arasında görüş olmuşdu. Azərbaycan Prezidenti şirkət nümayəndələrini qəbul etmişdi. Videokonfrans formatında görüş də ona dəlalət edir ki, Azərbaycanla CİSCO şirkəti arasında kifayət qədər səmərəli və perespektivli əməkdaşlıq formalaşmışdır".

Bunu Milli.Az-a Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşir oğlu deyib.

O, ilk dəfə olaraq Azərbaycan Prezidentinin beynəlxalq subyektləri bu formatda bir araya gətirdiyini qeyd edib:

"Bunu Azərbaycan Prezidenti cənab İlham Əliyev də vurğuladı. Qeyd etdi ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi​ yaxşı tərəfdaşdır. CİSCO şirkətinin nümayəndələri də cənab Prezidentə bildirdilər ki, onlar ilk dəfə olaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatı və Türkdilli Dövlətlərin Əmədaşlıq Şurasının zirvə görüşü formatında COVİD-19-a qarşı mübarizə məsələsini müzakirə edib və təbii ki, texniki dəstək CİSCO şirkəti tərəfindən verilib. Bunu Azərbaycan Prezidenti xüsusi vurğuladı və şirkətin fəaliyyətindən müvafiq istiqamətdə göstərdiyi dəstəkdən razılığını bildirdi. Eyni zamanda Azərbaycan Prezidentinin ilk dəfə olaraq bu formatda beynəlxalq subyektləri bir araya gətirməsi beynəlxalaq əməkdaşlığın inkişaf etdirilməsi, sıxlaşdırılması baxımından olduqca əhəmiyyətlidir".

Millət vəkili Prezident İlham Əliyevin təşəbbüslərini tək ölkəmiz üçün yox, bütün dünya ölkələri üçün vacib adlandırıb:

"Bildiyimiz kimi, Qoşulmama Hərəkatının videokonfrans vasitsi ilə baş tutmuş zirvəsində ilk dəfə olaraq Avropa İttifaqı da iştirak etdi və bu da qlobal müstəvidə koronavirusla mübarizə imkanlarını daha dəqiq analiz etmək imkanı verir. Bu baxımdan bütövlükdə həm CİSCO şirkətinin rəhbərliyi tərəfindən, həm digər ölkələrin rəhbərləri tərəfindən Azərbaycan Prezidentinin COVİD-19-la mübarizə istiqamətində təşəbbüsü, eyni zamanda ölkə daxilində atdığı addımlar yüksək qiymətləndirilir, nümunə kimi göstərilir. Təbii ki, Azərbaycan Prezidentinin təşəbbüsləri həm də qlobal təhlükəsizliyin təmin olunmasına da öz töhfəsini vermə imkanlarını ortaya qoyur. Çünki COVİD-19 pandemiyası bu gün bir xalqın, bir dövlətin deyil, bütövlükdə dünya dövlətlərinin ciddi probleminə çevrilib. Belə bir problemin aradan qaldırılması üçün də dünya dövlətlərinin birgə fəaliyyəti, əməkdaşlığı çox vacibdir. Bu konteksdə hesab edirəm ki, cənab Prezidentin təşəbbüslərinin dəstəklənməsi, bu istiqamətdə onun fəaliyyətinin təqdir olunması üçün ciddi əsaslar var. Bunu da biz ayrı-aryı dövlət başçılarının, beynəlxalq təşkilatların, şirkət rəhbərlərinin yanaşmalarında aydın şəkildə müşahidə edirik".

Təhməz Təkin
Milli.Az


Etiketlər:  Azərbaycan Prezidentinin COVİD 19 la mübarizə istiqamətində atdığı addımlar nümunə kimi göstərilir


RƏYLƏR