Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İquain qardaşı ilə eyni klubda oynaya bilər

İquain qardaşı ilə eyni klubda oynaya bilər

Tarix: 19 May 2020 17:22

"Yuventus"un futbolçusu Qonzalo İquain karyerasını ABŞ-da davam etdirə bilər.

Qol.az "Calciomercato"ya istinadən xəbər verir ki, MLS təmsilçisi "Di Si Yunayted" argentinalı hücumçu ilə maraqlanır. Bildirilib ki, Ueyn Runinin gedişindən sonra klub başqa ulduz oyunçunu komandada görmək istəyir.

İquainin qardaşı Federiko da 2020-ci ilin martından Vaşinqton klubunda oynayır. "Di Si Yunayted"in onun köməyi ilə İquaini komandaya gətirməyə çalışacağı vurğulanıb.

Qeyd edək ki, İquain qardaşı ilə indiyə kimi eyni klubda oynamayıb.

 


Etiketlər:  İquain qardaşı ilə eyni klubda oynaya bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ