Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İspaniya klubunda kütləvi ixtisar

İspaniya klubunda kütləvi ixtisar

Tarix: 19 May 2020 18:58

İspaniyanın "Malaqa" klubu koronavirus pandemiyası səbəbindən maliyyə böhranı yaşayır.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən Sequnda təmsilçisi işçilərini kütləvi şəkildə ixtisar edib.

Klubun yaydığı açıqlamada bildirilib ki, son bir neçə ay ərzində yaranan çətin iqtisadi vəziyyəti yüngülləşdirmək üçün müxtəlif tədbirlər görülür və işçi heyətinin yenidən qurulması "Malaqa" futbol klubunu qorumaq üçün atılmış addımdır.

Qeyd edək ki, "Malaqa" 31 turdan sonra 38 xalla 15-ci pillədə qərarlaşıb.

 


Etiketlər:  İspaniya klubunda kütləvi ixtisar


RƏYLƏR