Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“5G” dəstəkli “Xiaomi” “8K” televizoru təqdim edilib

“5G” dəstəkli “Xiaomi” “8K” televizoru təqdim edilib

Tarix: 20 May 2020 15:21

"Xiaomi" şirkəti tərəfdaş "Yunmi" brendi ilə birlikdə "Smart Screen 21Face" televizorlar seriyasını təqdim edib. Seriyanın qabaqcıl modeli təkcə 120 QHs yenilənmə tezlikli "8K" formatlı ekranla deyil, həm də "ağıllı" displeyin "5G" şəbəkəsini və distansiyalı idarəetmə pultundan istifadənin zəruriliyini aradan qaldıran jestlərlə idarəetmə texnologiyasını dəstəkləməklə fərqlənir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, 75 düym diaqonallı televizorun ekranı BT709 rəng qammasının 143 faizini əhatə edir və 3D LUT profillərini dəstəkləyir. Qurğunun yuxarı kənar hissəsində 1080p təsvir ölçülü, iki "3D" sensorlu və məsafə sensorlu süni intellekt kameraları yerləşir. O, təkcə videobağlantı üçün istifadə edilmir, eyni zamanda "Xbox" konsolları üçün "Kinect" aksesuarına bənzər virtual sensor panel funksiyalarını yerinə yetirir. Onun vasitəsilə bir sıra əməliyyatlar, o cümlədən videonun sürətli irəli verilməsi və səsin tənzimlənməsi yerinə yetirilir. Bundan əlavə, televizor standart distansiyalı idarəetmə pultuna alternativ olaraq səsli komandaları dəstəkləyir.

 

Yeni qurğu ayrılmış qrafik sürətləndiriciyə malik dördnüvəli prosessor əsasında qurulub, 8,5 giqabaytlıq operativ, 128 giqabaytlıq quraşdırılmış yaddaş, eləcə də inteqrasiya edilmiş "5G" modemi ilə təchiz olunub. Modelin daha bir xüsusiyyəti split-dizayndır: komplekt saundbarı ekrandan ayrıca yerləşdirmək mümkündür. "Dolby Atmos" həcmli səs texnologiyasını dəstəkləyən quraşdırılmış televizor akustikasının ümumi gücü 100 vatt təşkil edir.

 

75 düymlük TV, o cümlədən 55 və 65 düymlük modellər iyunun 18-də Çində satışa çıxarılacaq. "Yunmi Smart Screen 21Face" smart televizorlarının qiyməti hələ ki açıqlanmayıb.

 

Nizam Nuriyev




Etiketlər:  dəstəkli Xiaomi televizoru təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ