Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2020 16:20
"Latsio" baş məşqçisi Simone İnzaqinin müqaviləsini uzadacaq.
Qol.az "La Gazetta dello Sport"a istinadla xəbər verir ki, 44 yaşlı mütəxəssislə Roma təmsilçisi bununla bağlı razılıq əldə edib. İnzaqinin 2023-cü ilin yayınadək nəzərdə tutulan yeni sözləşməyə qol çəkəcəyi bildirilir.
İtaliyalı çalışdırıcının illik maaşının 2,5 milyon avro olacağı iddia edilir.
Qeyd edək ki, İnzaqi 2016-cı ildən paytaxt klubunu çalışdırır.