Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Abşeron dairəvi dəmir yoluna əlavə qatarlar qoşuldu - FOTO

Abşeron dairəvi dəmir yoluna əlavə qatarlar qoşuldu - FOTO

Tarix: 20 May 2020 16:58

Sərnişin sıxlığının artması ilə əlaqədar bu gündən etibarən Abşeron dairəvi dəmir yolu xətti ilə daha iki qatar hərəkətə başlayacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər. Qeyd olunub ki, Sumqayıt-Pirşağı-Bakı istiqaməti üzrə hərəkət edən 6620 nömrəli qatar Sumqayıtdan 18:10-da yola düşəcək və Bakıya 19:00-da çatacaq. Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət edən 6023 nömrəli qatar isə Bakıdan 19:16-da yola düşəcək və Sumqayıta 19:53-də çatacaq.

Əlavə olunub ki, bu qatarlar yalnız iş günlərində fəaliyyət göstərəcəklər.

Milli.Az


Etiketlər:  Abşeron dairəvi dəmir yoluna əlavə qatarlar qoşuldu FOTO


RƏYLƏR