Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2020 18:02
Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə fərqlənən işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Babayev Əli İbrahim oğlu tutduğu vəzifədən azad olunaraq Gədəbəy rayon prokuroru, Samux rayon prokuroru vəzifəsini icra edən Hacıyev Mayıl Mehman oğlu isə həmin rayonun prokuroru vəzifələrinə təyin ediliblər.