Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Maraqlandım gördüm ki, o, mafiozdur'' - Xalq artisti ən böyük peşmançılığından danışdı - FOTO

''Maraqlandım gördüm ki, o, mafiozdur'' - Xalq artisti ən böyük peşmançılığından danışdı - FOTO

Tarix: 20 May 2020 18:14

"Həyatınızda peşiman olduğunuz bir qərarınız olub?"

Sonxeber.net xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) "Tarix ilə səmimi" verilişində Xalq artisti Brilliant Dadaşovaya müraciət edib.

Xanım sənətçi gürcü mafiozun sponsorluq təklifinə görə sonradan həyatında ən böyük peşmançılıq yaşayacağı addımı atdığını etiraf edib:

"Həyatımda indiyə kimi peşimançılığını çəkdiyim hadisə olub! Vaxtanq Kikabidze (Əfsanəvi gürcü müğənni - red), onun xanımı və prodüseri nömrəmi tapıb mən zəng vurular. Bacım İradə xanım da Moskvada yaşayırdı o vaxt. Üçü gəlirlər bacımgilə ki, Brilliantla duet hazırlamağa. Bax o dueti mən oxumadığım üçün çox peşimanam. Çünki o vaxtlar çox çətin bir vaxt idi - 1995-ci illər idi. Onlar gələndə qış idi, yanvar, fevral olardı. Martda qayıtmalıydılar və biz Vaxtanq Kikabidzeylə studiyaya girməliydik. "Smeta" tutulmuşdu, klip də çəkiləcəkdi (Sonradan Vaxtanq Kikabidze o mahnını Layma Vaykule ilə duet ifa etdi - red). Sonra mən soruşdum ki, "Kim olacaq sponsor?". Dedilər ki, bir gürcü. Mən çox qorxurdum belə şeylərdən. Maraqlandım oradan-buradan, gördüm ki, bu adam mafiozdur. Qorxdum, dedim ki sabah bu gürcü mənə deyər ki, biz sənə sponsorluq etmişik, danışanda bizdən danış, Azərbaycandan danışma. Məsəl üçün, o da ola bilərdi. Mənim gözləmədiyim çox şey ola bilərdi. Ona görə mən qorxdum. Mən Vaxtanq Kikabidzenin prodüserinə dedim ki, siz azərbaycanlı sponsor tapın da. Dedi ki, "Biz azərbaycanlılara müraciət etmişik, heç kim qabağa durmur. Gürcü sponsorluq etmək istəyir". Qorxdum, getmədim". 

Məhəmməd Vaqif


Etiketlər:  Maraqlandım gördüm mafiozdur Xalq artisti böyük peşmançılığından danışdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ