Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2020 19:40
Bakı. Rufiz Hafizoğlu - Trend:
2020-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana elektrik avadanlıqların ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 8,78 faiz artaraq 51,37 milyon dollar təşkil edib.
Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
2020-ci ilin aprelində Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 2019-cu ilin apreli ilə müqayisədə 7,67 faiz azalıb və 12,548 milyon dollara bərabər olub.
Qeyd edək ki, 2020-ci ilin yanvar-aprel aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz azalaraq 3,139 milyard dollar təşkil edib.
Hesabat dövründə Türkiyənin elektrik avadanlığı ixracının payı ümumi ixracın 6,1 faizini təşkil edib.
Son 12 ay ərzində (aprel 2019 – aprel 2020) Türkiyə 10,761 milyard dollar məbləğində elektrik avadanlığı ixrac edib.