Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 13:40
ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni Mina Hüseyn olub.
Sonxeber.net bildirir ki, sənətçi açıq-saçıq geyimlərindən və verdiyi pozlardan danışıb:
"Bütün dünyada açıq geyinənlər tənqid olunur da, sevilir də. Məsələn, Cenifer Lopez, Beyons. Uşaqlıqdan onları bəyəndiyim üçün özümü belə obrazda görürəm. Yəni ki, burada ayıb bir şey görmürəm".
Müğənni açıq-saçıqlığın və cəsarət tələb edən geyimlərin səhnə imici olduğunu dilə gətirib:
"Kameraya görə hər şey etmək olar. Amma gündəlik həyatda, əlbəttə, Mina papaq taxır, bağlı geyinir. Səhnə üçün belə olmaq normaldır".
Mina onu tənqid edənlərə də cavab verib:
"Düşünürəm ki, onlar tənqid yazmaqla bizi gündəmə gətirirlər. Mənə abırsız deyirlərsə, abır geyimlə ölçülmür. Abırsız onların özləridir".
İfaçı bədənində estetik əməliyyatın olmadığını da qeyd edib:
"Heç bir estetik əməliyyat etdirməmişəm. Nə sinəmdə, nə bədənimdə, nə də burnumda. Bunu həkim yanına gedib sübut da edə bilərəm. Amma necə, bilmirəm. Hər şey özümündür".