Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kənd komandası Premyer Liqada

Kənd komandası Premyer Liqada

Tarix: 9 Iyun 2019 13:20

Ukrayna Premyer Liqasında yeni mövsümdən kənd komandası da iştirak edəcək.

Qol.az xəbər verir ki, bu, Kiyev vilayətinin Vasilkov rayonunun Kovalyovka kəndini təmsil edən "Kolos"dur.

Komanda yüksək liqaya vəsiqə uğrunda keçirilən pley-off-da  Odessa "Çernomorets"ini iki oyunun nəticəsə görə üstələyib (0:0, 2:0). Bununla da 1600 sakini olan Kovalyovka təmsilçisi ilk dəfə Premyer Liqaya yüksəlib.

Qeyd edək ki, 2012-ci ildə yaradılan "Kolos" 2015/2016 mövsümündə Ukrayna ikinci liqasında, 2016/2017 mövsümündən birinci liqada çıxış edib.
 


Etiketlər:  Kənd komandası Premyer Liqada


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ