Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

YouTube platforması Rusiyada birdəfəlik bloklana bilər

YouTube platforması Rusiyada birdəfəlik bloklana bilər

Tarix: 21 May 2020 23:52

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Rusiyanın Ontarget şirkəti YouTube şəbəkəsini məhkəməyə verib. Əgər videohostinq məhkəmə prosesində məğlub olsa, birdəfəlik olaraq Rusiya ərazisində bloklanacaq.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Ontarget şirkətinin məlumatına əsasən, YouTube-da fırıldaqçılıqla bağlı videolar yayımlanır.

"YouTube-da yayımlanan bəzi videolar insanlara gələcəkdə iş verən şəxsləri aldatmağı tövsiyə edir. Bu aldatma metodlarını öyrənmək üçün isə Ontarget şirkəti tərəfindən hazırlanan daxili testlərdən keçmək təklif olunur. Buna görə də, Ontarget şirkəti YouTube-u məhkəməyə verərək, onun Rusiya ərazisində birdəfəlik bloklanmasına çalışır".

Qeyd edək ki, məhkəmə prosesi iyun ayının 5-də başlayacaq.

Xatırladaq ki, bir müddət əvvəl YouTube və Yandex.Video xidmətlərinə Rusiya ərazisində bloklanma təhlükəsi haqqında məlumat yayılmışdı. Bu təhlükə ölkə qanununa zidd olan pirat informasiyaların yayımlanması ilə bağlı idi.


Etiketlər:  YouTube platforması Rusiyada birdəfəlik bloklana bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ