Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycandan Türkiyəyə turist axını kəskin azalıb

Azərbaycandan Türkiyəyə turist axını kəskin azalıb

Tarix: 22 May 2020 12:40

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin aprelində Azərbaycandan Türkiyəyə 1 228 turist səfər edib ki, bu da 2019-cu ilin apreli ilə müqayisədə 97,76 faiz azdır.

Bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 5,07 faiz təşkil edib.

2020-ci ilin yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə 123 415 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,16 faiz azdır.

2020-ci ilin yanvar-aprel aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 2,9 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2020-ci ilin aprelində Türkiyəyə 24 238 turist səfər edib ki, bu da ötən ilin apreli ilə müqayisədə 99,26 faiz azdır.

2020-ci ilin yanvar-aprel aylarında 4 262 882 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51,2 faiz çoxdur.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycandan Türkiyəyə 901 723 turist səfər edib ki, bu da 2018-ci illə müqayisədə 5,03 faiz çox olub. Bu dövr ərzində Türkiyəyə gələn xarici vətəndaşların ümumi sayında Azərbaycan vətəndaşlarının payı 2 faiz təşkil edib.


Etiketlər:  Azərbaycandan Türkiyəyə turist axını kəskin azalıb


RƏYLƏR