Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yoluxmada pik dövrün yaşadığı müddət ötən həftə olub - Ramin Bayramlı

Yoluxmada pik dövrün yaşadığı müddət ötən həftə olub - Ramin Bayramlı

Tarix: 22 May 2020 17:21

Bakı. İlhamə İsabalayeva – Trend:

Yoluxmada pik dövrün yaşadığı müddət ötən həftə olub.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, son həftə ərzində mayın 16-da 158 nəfərdə yoluxma halı qeydə alınmaqla, pik dövr olub:

“Ötən həftə 755 nəfərdə yoluxma olub. Bu həftə isə 581 nəfərdə yoluxma halı aşkar edilib. Hələ də yoluxma hallarının intensivliyinin yüksək olduğunu görürük”.

R.Bayramlı qeyd edib ki, qətiyyən arxayınlaşmaq olmaz. Qoyulan qaydalar əməl edilməlidir.

Həftənin digər günləri ilə müqayisədə dalğalanmalar olub. Ona görə də vəziyyətin sabitliyi haqqında tam fikir söyləmək olar. Növbəti həftədə sağalanların sayının daha çox olacağını gözləyirik”.


Etiketlər:  Yoluxmada dövrün yaşadığı müddət ötən həftə olub Ramin Bayramlı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ