Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2020 08:36
Google şirkəti Chrome brauzerinin yeni versiyasını təqdim edib. Məşhur brauzerin yeni versiyasının əsas üstünlüyü ondan ibarətdir ki, o, istifadəçiləri zərərli fayllardan və dələduzluqla bağlı saytlardan qoruyur. Şirkətin verdiyi məlumata əsasən hətta hackerlər öz zərərli faylların zərərsiz tətbiq şəklində maskanlanmaları üçün müxtəlif üsullardan istifadə etsələr də brauzerdəki yenilənmiş link yoxlanışı mexanizmi müxtəlif servis istifadəçilərinin özəl məlumatlarını qoruyacaq. Bu barədə 9to5google saytı xəbər verib. Beləliklə Chome 83 versiyasının əsas yeniliklərindən biri də təhlükəsiz internet surfing funksiyasıdır.
Bu funksiya öz növbəsində istifadəçiləri şübhəli saytlar və zərərli yüklənmələr barəsində xəbərdarlıq edəcək. Nəzərə alsaq ki, bloklanma təhlükəsi səbəbilə fishing resurslar tez-tez öz domenlərini dəyişirlər, Chrome-da real zaman ərzində link siyahısının yenilənməsi mexanizmi reallaşdırılıb. Daha əvvəl brauzerdə bu yoxlanış intervalı 30 dəqiqə təşkil edirdi. Yeni funksiya Chrome 83 brauzerinin təhlükəsizlik ayarlarında istifadəyə verilib. Qeyd etmək lazımdır ki, Chrome 83 artıq Windows, macOS, Linux və Chrome OS üçün istifadəyə verilib.