Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mingəçevirdə civə satan şəxs yaxalandı (FOTO)

Mingəçevirdə civə satan şəxs yaxalandı (FOTO)

Tarix: 23 May 2020 09:24

Bakı. Samir Əli - Trend:

Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində şəhər ərazisində civə satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini, 60 yaşlı Nizami Sadıqov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı ondan 2 ədəd şüşə ampulada zəhərli maddə hesab edilən civə aşkar edilərək götürülüb. Saxlanılan şəxs əməlini etiraf edərək civəni satmaq məqsədi ilə üzərində gəzdirdiyini bildirib.

Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.

Mingəçevirdə civə satan şəxs yaxalandı (FOTO) - Gallery Image Mingəçevirdə civə satan şəxs yaxalandı (FOTO) - Gallery Image


Etiketlər:  Mingəçevirdə civə satan şəxs yaxalandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ