Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Sən UFC tarixinin Tvitterdəki ən böyük döyüşçüsüsən” – Həbibdən atmaca

“Sən UFC tarixinin Tvitterdəki ən böyük döyüşçüsüsən” – Həbibdən atmaca

Tarix: 24 May 2020 12:12

İrlandiyalı döyüşçü Konor Makreqor öz versiyasına əsasən, UFC tarixinin ən güclü dörd döyüşçüsünün adını açıqlayıb.

O, birinci yerdə Anderson Silvanı, ikinci yerdə özünü, üçüncü yerdə Jorj Sen-Pyeri, dördüncü yerdə isə Con Consu qeyd edib. Həbib Nurmaqomedov siyahıda yer almayıb.

Qol.az Rusiya mətbuatına istinadla xəbər verir ki, dağıstanlı döyüşçü buna cavab olaraq Konora xitabən Tvitterdə yazıb: “Sən yarıyüngül, yüngül və orta ağır çəkidə uduzmusan. Heç vaxt UFC və Cage Warriors titulunu müdafiə edə bilməmisən. Sən Sen-Pyer, Silva və Consun birlikdə uduzduğundan daha artıq məğlub olmusan. Sən UFC tarixinin Tvitterdəki ən böyük döyüşçüsüsən”.

 


Etiketlər:  Sən UFC tarixinin Tvitterdəki ən böyük döyüşçüsüsən Həbibdən atmaca


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ