Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda gənc kuryer motosikleti ilə qəzaya düşərək həlak oldu (FOTO)

Bakıda gənc kuryer motosikleti ilə qəzaya düşərək həlak oldu (FOTO)

Tarix: 25 May 2020 10:24

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda gənc oğlan yol qəzasında dünyasını dəyişib.

Trend-in məlumatına görə, hadisə ötən həftə baş verib. Yerli restoranların birində kuryer işləyən gənc oğlan öz motosikleti ilə qəzaya düşüb, aldığı xəsarətlərtdən sonra dünyasını dəyişib.

Gəncin yaxınlarının sözlərinə görə, o, restoranın qoyduğu tələblərə görə həyatını itirib. Belə ki, rəhbərliyin tapşırığına görə, hər sifarişi 30 dəqiqədən gec olmayaraq ünvana çatdırmaq lazımdır. Sifariş gecikdiyi zaman həmin kuryerin maaşından cərimə tutulur. Dünyasını dəyişən gəncin ölümünə səbəb də, sifarişi tez çatdırmaq üçün motosikleti sürətlə sürməsi olub.

Bakıda gənc kuryer motosikleti ilə qəzaya düşərək həlak oldu (FOTO) - Gallery Image


Etiketlər:  Bakıda gənc kuryer motosikleti ilə qəzaya düşərək həlak oldu FOTO


RƏYLƏR