Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldu: ''Məndən yoxdur''

Ronaldu: ''Məndən yoxdur''

Tarix: 26 May 2020 17:06

"Yuventus"un superulduzu Kriştianu Ronaldu növbəti dəfə gündəmə gəlib.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Portuqaliya millisinin kapitanı bu dəfə özünü tərifləyib.

35 yaşlı hücumçu özünü futbol tarixinin ən yaxşısı hesab edir: "Özümdən yaxşısını görmürəm. Mənim etmədiyimi heç kim bacarmaz. Ancaq başqalarının edə bilmədiyini mən reallaşdıra bilirəm. Məndən yaxşı futbolçu yoxdur. Yaxşı və pis anlarda belə, mən futbol tarixinin ən yaxşısıyam".

Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ildən "Yuventus"un şərəfini qoruyur. O, Turin klubuna keçməmişdən əvvəl 9 il (2009-2018) "Real"ın formasını geyinib.


Etiketlər:  Ronaldu Məndən yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ