Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

21-ci əsrdə bunu bacaran olmamışdı

21-ci əsrdə bunu bacaran olmamışdı

Tarix: 26 May 2020 18:16

Almaniya Bundesliqasının 27-ci turunda keçirilən "Maynts" - "Leypsiq" matçı (0:5) qonaqların futbolçusu Timo Verner üçün əlamətdar olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,görüşdə het-trik edən almaniyalı hücumçu rekorda imza atıb.  Verner 21-ci əsrdə Bundesliqada bir mövsümdə eyni komandaya qarşı iki oyunda het-trik edən ilk futbolçu olub.

24 yaşlı hücumçu Bundesliqada mövsümün ilk dövrəsində "Maynts"ı 8:0 hesabı ilə məğlub etdikləri oyunda da 3 qol vurmuşdu.

Qeyd edək ki, Bundesliqada sonuncu dəfə bunu 1998/99 mövsümündə "Bayer"in futbolçusu Ulf Kristen bacarmışdı. Keçmiş hücumçu Münhenqladbax "Borussiya"sı ilə bir mövsümdəki iki oyunda da het-trik etmişdi.

Milli.Az


Etiketlər:  əsrdə bunu bacaran olmamışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ