Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2020 04:48
Bakı. Trend:
Kanadanın Toronto şəhərinin mərkəzində atışma nəticəsində 3 nəfər yaralanıb.
Trend-in məlumatına görə, yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər bir oğlan və bir kişinin həyatda qalması üçün mübarizə aparır.
Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti ağır, lakin sabitdir.
Şahidlərin dediyinə görə, altı-yeddi atəş və birdən yola düşən avtomobilin səsini eşidiblər.