Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbolçuları zorlayan federasiya prezidenti cəzalandı

Futbolçuları zorlayan federasiya prezidenti cəzalandı

Tarix: 27 May 2020 16:12

Gənc qadın futbolçulara qarşı zorakılıqda ittiham olunan Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bart cəzalandırılıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, FİFA Etika Komitəsinin 84-cü və 85-ci maddələrinə əsasən, 72 yaşlı funksioneri 90 gün futboldan uzaqlaşdırılıb.

Qeyd edək ki, ölkədəki təlim-məşq mərkəzində zorakılığa məruz qalan gənc qızlardan biri "Dadu" ləqəbli Bartın federasiya daxilində qızlara onunla yatması üçün təzyiq etdiyini, razılaşmayanların isə qadınlar millisindən qovulduğunu açıqlamışdı. Hadisələrin son 5 ildə baş verdiyi bildirilmişdi.


Etiketlər:  Futbolçuları zorlayan federasiya prezidenti cəzalandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ