Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toy etmək istəyənlərin diqqətinə: Bu tarixdən etibarən... - AÇIQLAMA

Toy etmək istəyənlərin diqqətinə: Bu tarixdən etibarən... -  AÇIQLAMA

Tarix: 28 May 2020 14:06

Xəbər verdiyimiz kimi Azərbaycanda karantin rejim mayın 31-nə kimi uzadılıb. Mayın 31-dən sonra növbəti yumşalmaların olması gözlənilir. Mayın 31-dən sonra yas və toy mərasimlərinin, kütləvi yığıncaqların keçirilməsinə icazə verilə bilərmi?

Sonxeber.net xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, bununla bağlı qərarlar hökumət və Operativ Qərargah tərəfindən verilir:

"Operativ Qərargah dünyada və ölkədə mövcud vəziyyəti analiz etdikdən sonra yumşalmalara qərar verir. Bilirsiniz ki, dünən yoluxanların sayı keçən günlərə nisbətən daha çox olub. Təəssüf ki, insanlarımız Operativ Qərargahın qoyduğu qaydalara və tövsiyyələrə əməl etmir.

Nəticədə də ölkə ərazisində koronavirusa yoluxanıların sayı üç rəqəmliyə qədər yüksəlib. Vətəndaşlarımız sanki bu xəstəlik yoxmuş kimi davranırlar. Çölə çıxan zaman qoruyucu tibbi maskalardan, əlcəklərdən istifadə etmir, sosial məsafəni qorumadan toplu şəkildə gəzirlər. Bununla da vətəndaşlarımız özlərinin və yaxınlarının sağlamlığını təhlükə altına atırlar. Təəssüf ki, hələ də koronavirusun vaksini tapılmayıb.

Ona görə də insanların bu qədər arxayınlaşması düzgün deyil. Son həftələrin statiskası heç də üərkaçan deyil. Ona görə də düşünürəm ki, yas, ad günü və toyların keçirilməsinə hələlik icazə verilməsi düzgün olmazdı. Çünki Azərbaycanda keçirilən yas mərasimlərində insanlar toplu şəkildə bir yerə yığışırlar. Təbii ki, bu da koronavirusun yayılma mənbəyi hesab olunur. Təsəvvür edin, bir koronaviuruslu xəstə özü də bilmədən keçiriləcək yas və toy mərasimində, kütləvi yığıncaqlarda iştirak etsə, necə böyük faciəyə səbəb ola bilər. Mənə görə yas və toy mərasimlərinin, kütləvi yığıncaqların keçirilməsinə tələsmək lazım deyil. İnsanlarımıza məsuliyyətli olmağı və Operativ Qərargahın qoyduğu qaydalara və tövsiyyələrinə əməl etməyi məsləhət görürəm. Yalnız belə olan halda biz tezliklə nornal həyatımıza qayıda bilərik".


Etiketlər:  etmək istəyənlərin diqqətinə tarixdən etibarən AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ