Tarix: 28 May 2020 19:08
Bu gün Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyətinin iclası olub.
Qol.az TFF-in saytına istinadən xəbər verir ki, iclasda Superliqanın taleyi ilə bağlı son qərar verib.
Mövsümn daha öncə açıqlandığı kimi, iyunun 12-də bərpa olunacağı bildirilib. Oyunların təqviminin gün ərzində açıqlanacağı qeyd olunub.
Kubokun yarımfinalının cavab oyunlarının tarixi isə açıqlanıb. İyunun 16-da “Fənərbaxça” – “Trabzonspor”, iyunun 18-də isə “Alanyaspor” – “Antalyaspor” matçı keçiriləcək.
Qeyd edək ki, Türkiyə Superliqası mart ayında - 27-ci turda koronavirus pandemiyasına görə dayandırılıb.