Tarix: 28 May 2020 20:26
Türkiyənin üç böyük klubu - "Qalatasaray", “Fənərbaxça” və “Beşiktaş” 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.
Qol.az xəbər verir ki, İstanbul təmsilçiləri Feysbuk səhifələrində bununla bağlı paylaşım ediblər.
“Qalatasaray” "Dost və qardaş ölkə Azərbaycanın Cümhuriyyət bayramı mübarək olsun!", “Beşiktaş” “Dost, qardaş ölkə Azərbaycanın Respublika Günü mübarək olsun”, “Fənərbaxça” isə “Dost ve kardeş ülkemiz Azerbaycan102 yaşında!” başlıqlı paylaşımla xalqımızı təbrik edib.